baxis sayi

5 Haziran 2011 Pazar

MÜSƏLMAN QADININ ÜSTÜN ŞƏXSİYYƏTİ


Səmimiyyət, insanın daxili ilə xaricinin bir olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət bir təsir meydana gətirir. Ancaq insanların çoxu, səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Bu səbəblə də, ancaq səmimiyyət ilə qazanıla bilən bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. 

Bəzi insanlar qarşılarındakı kəslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, istəmədikləri, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam tərsinə məlumat verə bilirlər.


Müsəlman bir qadın isə ürəyindəki Allah qorxusu səbəbiylə bu cür rəftarlardan diqqətlə çəkinər. Heç zaman kiçik mənfəətlər uğruna insanların məmnuniyyətini qazanmağa çalışmaz. Bütün bunların, insanı həm Allah Qatında , həm də insanların gözündə hörmətdən salacaq sadə hərəkətlər olduğunu bilər və heç zaman bu keyfiyyətsiz hərəkətlərə tənəzzül etməz. Məqsədi həyatının hər anında Allahın razılığını qazana biləcəyi ümid edilən davranışlar etməkdir. Müsəlman qadın Allahın bəyəndiyi əxlaqın ancaq səmimiyyət ilə yaşana biləcəyini bilməkdədir. Allahın

“Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.” (Şura Surəsi, 24)

ayəsiylə bildirdiyi kimi, insanların ürəklərində gizlədiklərini bildiyinin də şüurundadır.

Hiç yorum yok:

Yorum Gönder