baxis sayi

7 Haziran 2011 Salı

İSLAM'A XİDMƏT

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün cəhd etmək iman və vicdan sahibi insanların üzərinə düşən məsuliyyətdir. Allah Quran’ın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, 104) ayəsində bu vəzifələrini insanlara bildirmişdir.
Bir başqa ayədə isə Allah inananlara “... Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın(bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allah’adır.” (Maidə surəsi, 48) şəklində buyurmuşdur.

Bu səbəbdən hər insan əlindəki imkanlar daxilində insanları xeyirli işlər görməyə çağırmağa, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

Bunun üçün kiminsə maddi imkanı çatmaya bilər; bu yolda çalışmaq üçün çox vaxt ayırmaq imkanı olmaya bilər. Ancaq vicdanından istifadə edən insan əlindəki imkanlar daxilində mütləq edə biləcəyi bir şey tapa bilər. Bəlkə kitab çap etdirib insanlara paylamaq imkanı yoxdur; insanlara Quran əxlaqını tanıdan sənədli filmlər çəkə bilmir; İslamı tanıdan saytlar hazırlaya bilmir. Belə vəziyyətdə həmin şəxsin edə biləcəyi başqalarının cidd-cəhdlə işlədiyi çalışmaları yaymaq ola bilər.
Bax, bu yerdə Harun Yahya əsərləri vicdan sahibi insanlar üçün böyük bir mənbədir. Heç bir ticarət xarakteri daşımayan və maddi gəlir məqsədi güdmədən yalnız Allah rizası üçün böyük fədakarlıqla hazırlanmış bu əsərləri başqalarına tövsiyə etmək, bu əsərləri insanların satın almalarını, imkanı olmayanların isə satın almasalar belə internetdən oxumalarını təmin etmək böyük bir xidmətdir. Bu yolla tək bir insan yüzlərlə yoldaşını kitab və məqalələri oxumağa, sənədli filmləri izləməyə, səsli anlatımları dinləməyə yönəldə bilər. Bu yoldaşlarından hər biri də yenə eyni şəkildə yüzlərlə insanı sövq etsə, Quran əxlaqı bu kitablar vasitəsilə çox qısa zaman ərzində çox sayda insana yetişmiş olar.

Bu insanlardan hər biri evinə gələn qonaqlara, iş yerinə gələn müştərilərinə, məktəbdəki yoldaşlarına, üzv olduğu dərnəyin digər üzvlərinə bu kitabları tövsiyə edə bilər. Jurnal dərc etdirirsə, bu jurnalda, TV kanalları ilə əlaqəsi varsa, TV proqramlarında Harun Yəhya əsərlərinin təqdimatını keçirib insanları bu əsərləri oxumağa, izləməyə və dinləməyə sövq edə bilər. Bu əsərlərin daha geniş kütlələrə yetişə bilməsi və Quran əxlaqının insanlar arasında yayılması üçün nələr edilə biləcəyi barədə yeni fikirlər düşünüb bizlərə çatdıra bilər. Bunun üçün edəcəyi şey kompüterindəki tək bir düyməyə basaraq bir mesaj yollamaqdan ibarətdir. Bundan başqa yenə tək bir düyməyı basaraq ətrafındakı insanlara internet saytları, kitabları və digər çalışmaları tanıda bilər.

Göründüyü kimi, həqiqətən, öz üzərinə düşən təbliğ vəzifəsini yerinə yetirmək istəyən və buna yol axtaran şəxslər üçün edə biləcək çox şey vardır. Vacib olan şey bu şəxsin bu mövzuda ağlını və vicdanını səmimiyyətlə istifadə etməsidir. Allah Quran ayəsində bu həqiqəti insanlara bildirmişdir.

Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (Müzzəmmil surəsi, 19)

...Kim Allah’dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. (Talaq surəsi, 2)



Bu səbəbdən Quran əxlaqının təbliğ edilməsi üçün edilən çalışmaları sadəcə təqdir etmək, ancaq bu yolda bir cəhd göstərməmək iman edən bir şəxsin vicdan anlayışına uyğun deyil. Allah insanı axirətdə bu cür hərəkətə görə məsuliyyətə cəlb edə bilər. Xüsusilə də Fələstin, Çeçenistan, Şərqi Türküstan kimi dünyanın müxtəlif yerlərində müsəlmanların böyük təzyiq altında olduğu belə bir dövrdə iman edənlərin bir-birlərinə dəstək olmağı çox böyük əhəmiyyət daşıyır. Bu cür vəziyyət məhdud olan zamanı daha yaxşı istifadə etməyi və dayanmadan Quran əxlaqının yayılmasına dəstək olacaq çalışmalar etməyi vacib qılır. Kiçik-böyük demədən ixlasla edilən bütün cəhdlərin bir yerə toplanması Allah’ın köməyi ilə, inşaAllah, gözəl əxlaqın bütün insanlar arasında yayılmasına vəsilə olacaqdır. Bu, eyni zamanda Allah’ın bütün müsəlmanlar üzərinə yüklədiyi məsuliyyətdir. Quran’da Allah’ın bu əmri belə bildirilmişdir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Səff surəsi, 4)

Hiç yorum yok:

Yorum Gönder