baxis sayi

8 Haziran 2011 Çarşamba

İSLAM BİRLİYİ NECƏ OLMALIDIR?

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə bir olan yaşayış məntəqələri, vəhşiliyin normal qəbul olunduğu əsir düşərgələri insanlıq tarixi üçün ibrətdir. Bu müharibələrin mərkəzində olan qərb dünyası bu tarixi dramdan çox vacib nəticələr çıxardı. Bu nəticələrin ən mühümü ittifaq barəsində idi. İttifaq, gələcəkdə meydana çıxa biləcək problemlərin daha asan və qısa müddətdə həllini mümkün edirdi. Əvvəllər, müxtəlif Avropa ölkələri öz aralarında ittifaq qurmağa çalışsalarda bu ittifaqlar, bəzən mənfəət münasibətləri, bəzən də ideoloji səbəblərdən uzun ömürlü olmamışdı. Ancaq qərb dünyası qurulacaq ittifaqın iqtisadi əməkdaşlıqdan və ya hərbi müdafiə paktından daha çox Avropanın ortaq mədəni dəyərlər ətrafında birləşməsinin zəruri olduğunun fərqində idi. Əlbəttə bu uzunmüddətli və çətin dövr idi.

İSLAM BİRLİYİNDƏ AZAD FİKİR

İslam Birliyinin inkişaf modelinin xüsusiyyətlərindən biri də açıq fikirlilikdir. İslam əxlaqı müsəlmanların açıq fikirli olmasını, yəni digər mədəniyyətlərlə dialoq içində olmasını və onların nailiyyətlərindən faydalanmasını nəzərdə tutur. İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və elm adamları Yunan, Çin, Hind kimi qədim mədəniyyətlərin əsərlərini araşdırmış, bu əsərlərdən geniş məlumat əldə etmiş və sonra da bu məlumatları İslami şüurla inkişaf etdirib zənginləşdirmişdilər. Bu gün də İslam dünyası, Qərb mədəniyyəti daxil olmaqla dünyanın digər mədəniyyətlərini yaxından araşdırmaq, təcrübələrindən faydalanmaq, bunlardan istifadə edərək öz mədəniyyətini daha da irəli aparmaq iqtidarındadır.

DÜNYADAKI YANĞINI SÖNDÜRƏCƏK SU TÜRK-İSLAM BİRLİYİDİR


Demək olar ki, hər gün dünyanın müxtəlif bölgələrindən qarşıdurma, soyqırım, hücum xəbərlərinin gəldiyi, məzlum insanların qanının axıdıldığı, qadınların, uşaqların, yaşlıların haqsızlığa uğradığı, minlərlə insanın evlərini tərk edərək qaçqın vəziyyətə düşdüyü, terror hadisələrinin insanlara böyük qorxular yaşatdığı, bir çox insanın aclıqdan əziyyət çəkdiyi, qısaca desək, fitnələrin və qarışıqlığın dünyanın hər tərəfini əhatə etdiyi bir dövrdəyik. 


Bütün bunlar Peyğəmbər Əfəndimiz (sav)-in 1400 il əvvəl baş verəcəyini xəbər verdiyi hadisələrdir. Peyğəmbərimiz (sav) müsəlmanlara qarşılaşacaqları bu hadisələri bildirərkən müsəlmanların bu hadisələrlə qarşıladıqları dövrdə nələr etmək, nə cür qarşısını almaq lazım olduğunu da bildirmişdir. Axırzamanın böyük fitnələrinin baş verdiyi bir dövrdə müsəlmanların ən təcili vəzifələri birlik olmaqdır.

7 Haziran 2011 Salı

İSLAM'A XİDMƏT

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün cəhd etmək iman və vicdan sahibi insanların üzərinə düşən məsuliyyətdir. Allah Quran’ın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, 104) ayəsində bu vəzifələrini insanlara bildirmişdir.

AVROPA VƏ İSLAM

Bütün dünyada olduğu kimi Avropada da İslam sürətlə yüksəlir və bu yüksəlmə xüsusilə bir neçə ildir ki, daha çox diqqət çəkir. Son illərdə “Avropada İslamın yüksəlişi”, “Müsəlmanların Avropadakı mövqeyi”, “Avropa cəmiyyətləri və Müsəlmanlar arasındakı dialoq” kimi ana başlıqlar altında bir çox məqalə nəşr olunmuşdur. Alimlər tərəfindən hazırlanan bu nəşrlərin yanında mediada, İslam və Müsəlmanlar mövzusunu olduqca sıx ələ almışdır. Bu marağın təməlində şübhəsiz Müsəlmanların sayının getdikcə artmasıdır. Üstəlik bu artım iddia edildiyi kimi yalnız müsəlman ölkələrdən Avropaya yaşanan köçdən qaynaqlanır. Əlbəttə bu köçlərin də müsəlman əhalisinin artımında əhəmiyyətli bir təsiri vardır, ancaq bir çox araşdırmacının bu mövzuya yönəlməsindəki əsl səbəb, din dəyişdirib müsəlman olmağı seçənlərin sayındakı artımdır.

5 Haziran 2011 Pazar

HƏR HADİSƏNN QURAN ƏXLAQINA UYĞUN ŞƏKİLDƏ QİYMƏTLƏNDİRİLMƏSİ


Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi diaqnoz və araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük.

MÜSƏLMAN QADININ ÜSTÜN ŞƏXSİYYƏTİ


Səmimiyyət, insanın daxili ilə xaricinin bir olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət bir təsir meydana gətirir. Ancaq insanların çoxu, səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Bu səbəblə də, ancaq səmimiyyət ilə qazanıla bilən bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. 

Bəzi insanlar qarşılarındakı kəslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, istəmədikləri, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam tərsinə məlumat verə bilirlər.