baxis sayi

8 Haziran 2011 Çarşamba

İSLAM BİRLİYİNDƏ AZAD FİKİR

İslam Birliyinin inkişaf modelinin xüsusiyyətlərindən biri də açıq fikirlilikdir. İslam əxlaqı müsəlmanların açıq fikirli olmasını, yəni digər mədəniyyətlərlə dialoq içində olmasını və onların nailiyyətlərindən faydalanmasını nəzərdə tutur. İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və elm adamları Yunan, Çin, Hind kimi qədim mədəniyyətlərin əsərlərini araşdırmış, bu əsərlərdən geniş məlumat əldə etmiş və sonra da bu məlumatları İslami şüurla inkişaf etdirib zənginləşdirmişdilər. Bu gün də İslam dünyası, Qərb mədəniyyəti daxil olmaqla dünyanın digər mədəniyyətlərini yaxından araşdırmaq, təcrübələrindən faydalanmaq, bunlardan istifadə edərək öz mədəniyyətini daha da irəli aparmaq iqtidarındadır.


İslam dünyasını digər mədəniyyətlərdən təcrid etmək isə şübhəsiz ki, müsəlmanlara fayda gətirməyən üsuldur. Müsəlmanlar texnologiyanın bütün imkanlarından din əxlaqına ən uyğun şəkildə istifadə etməlidirlər. Məsələn, İslam əxlaqına qarşı materialist əxlaqı təlqin edən bəzi filmlərin əvəzinə müsəlmanlar öz kino sənayelərini qurmalı, insanlara doğrunu və gözəli öyrədən filmlər çəkməlidirlər. Əgər bəzi sənət nümunələri mənfi ünsürlər daşıyırsa bunun həlli yolu o sənətdən daha gözəlini və görkəmlisini İslami məzmunla ortaya çıxarmaqdır. Əgər insanlar şəhərlərin görkəminə, təmizliyinə, rahatlığına, canlılığına heyranlıq duyurlarsa, müsəlmanlar daha gözəl şəhərlər qurmalı, dünyanı daha çox gözəlləşdirməlidirlər.

Müsəlmanların keçmişdə qurduqları böyük mədəniyyətin oxşarını bu gün də qurmaları əlbəttə ki, mümkündür. Bunun üçün Quran əxlaqının gətirdiyi estetik və sənət anlayışının, açıq fikirliliyin, ədalətin yaşanması lazımdır. İslamın sənəti, mədəniyyəti, təkcə müsəlmanlara deyil, bütün insanlığa rifah gətirəcəkdir. Dünyanın ən böyük kitabxanaları, ən görkəmli binaları, ən təmiz küçələri, ən işıqlı prospektləri, ən yaxşı məktəb, xəstəxana və universitetləri qurulacaq, bütün insanlar bu imkanlardan və gözəlliklərdən bərabər şəkildə faydalanacaqlar.

İslami mərkəzin rəhbərliyində İslam mədəniyyətinin yenidən yüksəlişi təmin edilə bilər və 21-ci əsr İslam dünyası üçün aydın əsr ola bilər. Qloballaşmanın gün keçdikcə sürətləndiyi bu dövrdə müsəlman ölkələr də aralarındakı hər cür maneəni aradan götürüb elmdə, texnologiyada, ticarətdə birləşməli, İslam dünyasının mənfəəti üçün birgə hərəkət etməlidirlər.

Bir həqiqəti də xatırlatmaq lazımdır ki, əslində müsəlmanlara görə dünya "qərblilər" və "müsəlmanlar" deyə qütblərə ayrılmayıblar. Əvvəla qərblilər Kitab Əhlidirlər və deməli müsəlmanlarla bir çox ortaq imani və əxlaqi dəyəri bölüşürlər. Bu səbəbdən qərb mədəniyyətinin içindəki bir çox ünsür də məsələn, vicdan azadlığı, demokratiya, ailə dəyərləri İslam əxlaqına uyğundur. Digər tərəfdən qərbdə bir çox insan İslamı seçmiş və seçməyə də davam edir. Bu günə qədər qərb dünyasına İslam əxlaqının düzgün şəkildə və tam mənasıyla izah edilə bilinmədiyi nəzərə alınsa, gələcəkdə qərbdə daha çox insanın müsəlman olacağı güman edilə bilər. Müsəlmanlar qərbə və onun mədəniyyətinə bu nöqteyi nəzərdən baxmalıdırlar. Unutmaq olmaz ki, son iki əsrdir materialist fəlsəfənin təsiri altında olan qərb dünyasını bu yanlışdan qurtarmaq müsəlmanların üzərinə düşən məsuliyyətdir.

Hiç yorum yok:

Yorum Gönder