baxis sayi

27 Nisan 2011 Çarşamba

İSLAM ALƏMİNİN QURTULUŞU ÜÇÜN ALLAHIN QURANDA BİLDİRDİYİ HƏLL YOLLARINI TƏTBİQ ETMƏK LAZIMDIR


Allah Quranda müsəlmanların həyatlarının hər anında , baş verən hər hadisə qarşısında necə davranmalı olduqlarını xəbər vermişdir. Əgər bir müsəlman baş verən hər hansı bir hadisə qarşısında Allahın Quranda buyurduğu həll yoluna görə deyil, öz ağlına,məntiqinə görə hərəkət edərsə Allah bu yolda o insana müvəffəqiyyət nəsib etməz. İslam aləminə də müvəffəqiyyət qazanmaq üçün, maddi mənəvi gözəlliyə xidmət edən xeyirli bir güc sahibi olmaq, rahatlığa çıxmaq, inkişaf etmək üçün, əzilməmək və məğlub olmamaq üçün yol göstərmişdir.Allahın göstərdiyi bu yol əzablar, axan qanlar, zülmlər, təzyiqlər, haqsızlıqlar sona çatanadək, yəni yer üzündə fitnə qalmayana qədər - din Allahın olana qədər, yəni Quran əxlaqı dünyanın dörd bir tərəfinə hakim olana və Peyğəmbər Əfəndimizin (səv) dövründəki kimi yaşanana qədər elmlə, mədəniyyətlə, fəlsəfəylə, sənətlə, fikirlə Allah yolunda mübarizə etməkdir:

26 Nisan 2011 Salı

MÜSƏLMAN ÜRƏYİNDƏ DAİM ALLAHLA BƏRABƏRDİR


Müsəlman həyatın ən əhəmiyyətli sirlərinə bələd olmuş, kainatın yaradılış məqsədini və özünün bu dünyada niyə nə səbəbə yaradıldığını anlamış insandır. Dünyanın müvəqqəti bir yer olduğunu, Allahın təqdir etdiyi bir zamanda həyatının sona çatacağını bilir və bu həqiqətə görə yaşayır. Hər şeyin Allahın diləməsiylə reallaşdığının, Onun diləməsi xaricində bir yarpağın da düşməyəcəyini dərk edir . Baxdığı hər nöqtədə Allahı görür, Onu təsbeh edir və ucaldır. Qəlbi davamlı olaraq özünü yaradan və ona saysız nemətlər bəxş edən Rəbbimizlə bərabərdir, heç bir şey onu Allahı xatırlamaqdan uzaqlaşdırmaz. Nə edirsə etsin, hansı əməl ilə məşğul olursa olsun, diqqəti həmişə Allahda və Onun ayələrindədir.

İSLAMDA DÜŞÜNCƏ AZADLIĞI



Uzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhvə xoşrəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən bir məsuliyyətdir.
İnsanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) daxil olmaqla maneə törədən və qadağan edən əmrlər gətirmişdir. İslam terror və şiddət hərəkətlərinə qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsiniqadağan etmişdir.

25 Nisan 2011 Pazartesi

Allah Hər Şeyi Ən Gözəl Şəkildə Yaradır

Son­suz əda­lət və mər­hə­mət sa­hi­bi olan Rəb­bi­mi­zin ya­rat­dı­ğı hər ha­di­sə, ver­di­yi hər hökm in­san­lar üçün ən xe­yir­li və ən gö­zəl olan­dır. Xo­şa­gəl­məz gö­rü­nən ha­di­sə­lər­də be­lə Al­la­hın ya­rat­dı­ğı bir çox xe­yir, gö­zəl­lik və hik­mət var­dır. Al­lah bu hə­qi­qə­ti bir ayə­sin­də be­lə bil­di­rir:
      
«...Bə­zən xoş­la­ma­dı­ğı­nız bir şey si­zin üçün xe­yir­li, bə­zən də xoş­la­dı­ğı­nız bir şey si­zin üçün zə­rər­li ola bi­lər. Al­lah bi­lir, siz bil­məz­si­niz» («Bə­qə­rə» su­rə­si, 216).

İnsanı yoxdan var edən və ona can verən Allahdır

İn­san ne­cə yox­dan var ol­du­ğu­nu, ne­cə can sa­hi­bi ol­du­ğu­nu və ana bət­ni­nə düş­mə­sin­dən bu­gü­nü­nə qə­dər ne­cə qay­ğı ilə qo­run­du­ğu­nu dü­şü­nən­də, Al­la­hın onun üzə­rin­də­ki rəh­mə­ti­ni, son­suz mər­hə­mət və şəf­qə­ti­ni gö­rər. Al­lah «Mər­yəm» su­rə­sin­də in­san­la­rı ya­ra­dı­lış­la­rı üzə­rin­də dü­şün­mə­yə ça­ğı­rır:

«Mə­gər in­san ilk ön­cə onu heç bir şey de­yil­kən ya­rat­dı­ğı­mı­zı xa­tır­la­mır­mı?» («Mər­yəm» su­rə­si, 67).

Al­lah hər in­sa­nı ana bət­nin­də son də­rə­cə təh­lü­kə­siz, şi­kəst qal­ma­ya­ca­ğı, ağ­rı hiss et­mə­yə­cə­yi bir ye­rə, ona heç bir zə­rər gəl­mə­yə­cək şə­kil­də yer­ləş­di­rir. 

Allah sevgisi


İn­san ona ki­çik bir qul­luq gös­tə­rən və ya yax­şı­lıq edən insana bu gö­zəl dav­ra­nı­şın­dan duy­du­ğu məm­nu­niy­yə­ti dər­hal gös­tər­mək is­tə­yir. Mə­sə­lən, onu evin­də sax­la­yan, qul­luq gös­tə­rən şəx­sə min­nət­dar­lıq edir, xü­su­si­lə də ev sa­hi­bi diq­qət­li in­san­dır­sa və heç bir söz so­ruş­ma­dan qo­na­ğın hər eh­ti­ya­cı­nı ta­ma­mi­lə ödə­yir­sə... Cid­di xəs­tə­li­yi olan in­san da hə­ki­min müa­li­cə­si ilə şə­fa ta­pan­da ona ne­cə tə­şək­kür edə­cə­yi­ni bil­mir. Bir in­san yo­lu ke­çər­kən onu ma­şın vur­ma­sın­dan xi­las edən insana hə­ya­tı­nı borc­lu ol­du­ğu­nu söy­lə­yə­rək, hə­min ada­mı mü­ka­fat­lan­dır­maq is­tə­yir və ona olan mi­nət­dar­lı­ğı­nı gös­tər­mək üçün əlin­dən gə­lən hər şe­yi edir. Hər in­san ona sür­priz­lər edən, gö­zəl­lik­lər bəxş edən, yax­şı­lıq­lar edən şəxs­lə­ri çox se­vir, on­la­ra qar­şı hör­mət və qay­ğı gös­tər­mək­lə səhv et­mə­mə­yə ça­lı­şır.