baxis sayi

25 Nisan 2011 Pazartesi

Allah sevgisi


İn­san ona ki­çik bir qul­luq gös­tə­rən və ya yax­şı­lıq edən insana bu gö­zəl dav­ra­nı­şın­dan duy­du­ğu məm­nu­niy­yə­ti dər­hal gös­tər­mək is­tə­yir. Mə­sə­lən, onu evin­də sax­la­yan, qul­luq gös­tə­rən şəx­sə min­nət­dar­lıq edir, xü­su­si­lə də ev sa­hi­bi diq­qət­li in­san­dır­sa və heç bir söz so­ruş­ma­dan qo­na­ğın hər eh­ti­ya­cı­nı ta­ma­mi­lə ödə­yir­sə... Cid­di xəs­tə­li­yi olan in­san da hə­ki­min müa­li­cə­si ilə şə­fa ta­pan­da ona ne­cə tə­şək­kür edə­cə­yi­ni bil­mir. Bir in­san yo­lu ke­çər­kən onu ma­şın vur­ma­sın­dan xi­las edən insana hə­ya­tı­nı borc­lu ol­du­ğu­nu söy­lə­yə­rək, hə­min ada­mı mü­ka­fat­lan­dır­maq is­tə­yir və ona olan mi­nət­dar­lı­ğı­nı gös­tər­mək üçün əlin­dən gə­lən hər şe­yi edir. Hər in­san ona sür­priz­lər edən, gö­zəl­lik­lər bəxş edən, yax­şı­lıq­lar edən şəxs­lə­ri çox se­vir, on­la­ra qar­şı hör­mət və qay­ğı gös­tər­mək­lə səhv et­mə­mə­yə ça­lı­şır.


An­caq bə­zi in­san­la­rın unut­du­ğu çox mü­hüm hə­qi­qət var­: Bir in­sa­nı se­vin­di­rən, onun qay­ğı­sı­na qa­lan, ona gö­zəl ru­zi­lər, ne­mət­lər bəxş edən, xo­şu­na gə­lən mən­zə­rə­ni ya­ra­dan, hər sə­hər oya­nan­da ona hə­ya­tı­nı ye­ni­dən bəxş edən, onu təh­lü­kə­lər­dən qo­ru­yan, xəs­tə­lə­nən­də ona şə­fa ve­rən, dər­man­lar va­si­tə­si­lə ağ­rı­sı­nı kə­sən və ya kə­də­ri­ni unut­du­ran, bü­tün can­lı və can­sız var­lıq­la­rın sa­hi­bi Al­lah­dır. Odur ki, in­san sa­hib ol­du­ğu ne­mət­lər və qar­şı­laş­dı­ğı gö­zəl­lik­lə­rə gö­rə sev­gi­si­ni, hör­mə­ti­ni, min­nət­dar­lıq duy­ğu­su­nu, və­fa­sı­nı və şük­rü­nü Al­la­ha yö­nəlt­mə­li­dir. Bir in­sa­na kö­mə­yə gö­rə tə­şək­kür edər­kən, onu bu yar­dı­ma il­ham­lan­dı­ra­raq rəh­mə­ti­ni çat­dı­ra­nın Rəb­bi­miz ol­du­ğu qə­tiy­yən unu­dul­ma­ma­lı­dır. Al­lah bir ayə­də be­lə bil­dir­miş­dir:
«Hə­qi­qə­tən, göy­lə­rin və ye­rin hök­mü Al­la­ha məx­sus­dur. Di­ril­dən də, öl­dü­rən də Odur. Si­zin Al­lah­dan baş­qa ha­va­da­rı­nız və kö­mə­yə ça­ta­nı­nız yox­dur!» («Töv­bə» su­rə­si, 116).

Qu­ran­da Hz. İb­ra­hi­min Al­la­ha olan dua­sın­da Rəb­bi­mi­zin in­san­lar üzə­rin­də­ki bu rəh­mə­ti­ni be­lə ifa­də et­di­yi bil­di­ri­lir:

«Mə­ni ya­ra­dan və mə­ni doğ­ru yo­la yö­nəl­dən Odur! Mə­ni ye­dir­dən də, içir­dən də Odur! Xəs­tə­lən­di­yim za­man mə­nə yal­nız O şə­fa ve­rir. Mə­ni öl­dü­rə­cək, son­ra di­ril­də­cək Odur. Və qi­ya­mət gü­nü xə­ta­mı ba­ğış­la­ya­ca­ğı­na ümid et­di­yim də Odur!» («Şuə­ra» su­rə­si, 78-82).

Hiç yorum yok:

Yorum Gönder