baxis sayi

26 Nisan 2011 Salı

İSLAMDA DÜŞÜNCƏ AZADLIĞI



Uzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhvə xoşrəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən bir məsuliyyətdir.
İnsanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) daxil olmaqla maneə törədən və qadağan edən əmrlər gətirmişdir. İslam terror və şiddət hərəkətlərinə qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsiniqadağan etmişdir.


İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslamda səmimi iman, azad iradə və vicdanı qəbul ilə mümkündür. Əlbəttə Müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “... Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl Surəsi, 125) bu ayə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə Surəsi, 272).Heç vaxtinsanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz tanınaraq, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar.

Budünyada Xristian və Yəhudilərlə yanaşı Buddist, Hindli, Ateist, Deist, Bütpərəst kimi fərqli inanclara sahib insan cəmiyyətləri vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, barışla və xoşrəftarla dəvət etmək iman edənlərin üzərinə düşən məsuliyyətdir. Doğruları yerinə yetirib yetirməmək, iman edib etməmək qərarı qarşı tərəfə aiddir. Bir adamı iman etməyə məcbur etmək, bəzi şeyləri məcbur qəbul etdirməyə çalışmaq Quran əxlaqına zidd bir rəftardır.

İnsanların ibadət etməyə məcbur edən bir cəmiyyət modeli İslam dininə tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha istiqamətli və adamın öz seçimi ilə dəyər daşıyar. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

Hiç yorum yok:

Yorum Gönder