baxis sayi

8 Haziran 2011 Çarşamba

İSLAM BİRLİYİ NECƏ OLMALIDIR?

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə bir olan yaşayış məntəqələri, vəhşiliyin normal qəbul olunduğu əsir düşərgələri insanlıq tarixi üçün ibrətdir. Bu müharibələrin mərkəzində olan qərb dünyası bu tarixi dramdan çox vacib nəticələr çıxardı. Bu nəticələrin ən mühümü ittifaq barəsində idi. İttifaq, gələcəkdə meydana çıxa biləcək problemlərin daha asan və qısa müddətdə həllini mümkün edirdi. Əvvəllər, müxtəlif Avropa ölkələri öz aralarında ittifaq qurmağa çalışsalarda bu ittifaqlar, bəzən mənfəət münasibətləri, bəzən də ideoloji səbəblərdən uzun ömürlü olmamışdı. Ancaq qərb dünyası qurulacaq ittifaqın iqtisadi əməkdaşlıqdan və ya hərbi müdafiə paktından daha çox Avropanın ortaq mədəni dəyərlər ətrafında birləşməsinin zəruri olduğunun fərqində idi. Əlbəttə bu uzunmüddətli və çətin dövr idi.

İSLAM BİRLİYİNDƏ AZAD FİKİR

İslam Birliyinin inkişaf modelinin xüsusiyyətlərindən biri də açıq fikirlilikdir. İslam əxlaqı müsəlmanların açıq fikirli olmasını, yəni digər mədəniyyətlərlə dialoq içində olmasını və onların nailiyyətlərindən faydalanmasını nəzərdə tutur. İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və elm adamları Yunan, Çin, Hind kimi qədim mədəniyyətlərin əsərlərini araşdırmış, bu əsərlərdən geniş məlumat əldə etmiş və sonra da bu məlumatları İslami şüurla inkişaf etdirib zənginləşdirmişdilər. Bu gün də İslam dünyası, Qərb mədəniyyəti daxil olmaqla dünyanın digər mədəniyyətlərini yaxından araşdırmaq, təcrübələrindən faydalanmaq, bunlardan istifadə edərək öz mədəniyyətini daha da irəli aparmaq iqtidarındadır.

DÜNYADAKI YANĞINI SÖNDÜRƏCƏK SU TÜRK-İSLAM BİRLİYİDİR


Demək olar ki, hər gün dünyanın müxtəlif bölgələrindən qarşıdurma, soyqırım, hücum xəbərlərinin gəldiyi, məzlum insanların qanının axıdıldığı, qadınların, uşaqların, yaşlıların haqsızlığa uğradığı, minlərlə insanın evlərini tərk edərək qaçqın vəziyyətə düşdüyü, terror hadisələrinin insanlara böyük qorxular yaşatdığı, bir çox insanın aclıqdan əziyyət çəkdiyi, qısaca desək, fitnələrin və qarışıqlığın dünyanın hər tərəfini əhatə etdiyi bir dövrdəyik. 


Bütün bunlar Peyğəmbər Əfəndimiz (sav)-in 1400 il əvvəl baş verəcəyini xəbər verdiyi hadisələrdir. Peyğəmbərimiz (sav) müsəlmanlara qarşılaşacaqları bu hadisələri bildirərkən müsəlmanların bu hadisələrlə qarşıladıqları dövrdə nələr etmək, nə cür qarşısını almaq lazım olduğunu da bildirmişdir. Axırzamanın böyük fitnələrinin baş verdiyi bir dövrdə müsəlmanların ən təcili vəzifələri birlik olmaqdır.

7 Haziran 2011 Salı

İSLAM'A XİDMƏT

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün cəhd etmək iman və vicdan sahibi insanların üzərinə düşən məsuliyyətdir. Allah Quran’ın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, 104) ayəsində bu vəzifələrini insanlara bildirmişdir.

AVROPA VƏ İSLAM

Bütün dünyada olduğu kimi Avropada da İslam sürətlə yüksəlir və bu yüksəlmə xüsusilə bir neçə ildir ki, daha çox diqqət çəkir. Son illərdə “Avropada İslamın yüksəlişi”, “Müsəlmanların Avropadakı mövqeyi”, “Avropa cəmiyyətləri və Müsəlmanlar arasındakı dialoq” kimi ana başlıqlar altında bir çox məqalə nəşr olunmuşdur. Alimlər tərəfindən hazırlanan bu nəşrlərin yanında mediada, İslam və Müsəlmanlar mövzusunu olduqca sıx ələ almışdır. Bu marağın təməlində şübhəsiz Müsəlmanların sayının getdikcə artmasıdır. Üstəlik bu artım iddia edildiyi kimi yalnız müsəlman ölkələrdən Avropaya yaşanan köçdən qaynaqlanır. Əlbəttə bu köçlərin də müsəlman əhalisinin artımında əhəmiyyətli bir təsiri vardır, ancaq bir çox araşdırmacının bu mövzuya yönəlməsindəki əsl səbəb, din dəyişdirib müsəlman olmağı seçənlərin sayındakı artımdır.

5 Haziran 2011 Pazar

HƏR HADİSƏNN QURAN ƏXLAQINA UYĞUN ŞƏKİLDƏ QİYMƏTLƏNDİRİLMƏSİ


Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi diaqnoz və araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük.

MÜSƏLMAN QADININ ÜSTÜN ŞƏXSİYYƏTİ


Səmimiyyət, insanın daxili ilə xaricinin bir olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət bir təsir meydana gətirir. Ancaq insanların çoxu, səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Bu səbəblə də, ancaq səmimiyyət ilə qazanıla bilən bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. 

Bəzi insanlar qarşılarındakı kəslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, istəmədikləri, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam tərsinə məlumat verə bilirlər.

1 Haziran 2011 Çarşamba

HƏDDİ AŞMAMAQ


Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var.İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar.

ALLAHIN SƏNƏTİNİ İZLƏYƏN BİR GÖRÜŞƏ SAHİB OLMAQ


Saniyələr içərisində gözümüz ard-arda onlarla obyektə fokuslanır. Bir an gözümüz otağımızdakı bir aynanın çərçivəsinə yönəlir, sonra divar kağızının bəzəyinə, dərhal sonra televiziyanın düyməsinə, yerdəki kabelə, qapının qoluna. Bir anda göz onlarla, yüzlərlə detalla həmsöhbət olur. Yerimizdən qalxıb mətbəxə gedəndə gözlərimiz yenə onlarla detalla birlikdə irəliləyir. Məsələn, koridorda asılı olan cədvəldə təsvir edilmiş bir cütçünün köynəyinə. Getmək istədiyimiz yerə çatana qədər fərqində olsaq da, olmasaq da müxtəlif bucaqlardan, yeni-yeni detallar görərək irəliləyirik. Yüzlərlə dəfə gəzdiyimiz evimizin içində yüzlərlə, minlərlə fərqli nöqtəyə dəyişik bucaqlardan baxırıq. Və bunların bir çoxu insanın qərarının xaricində, istəksiz olaraq reallaşır.

GÖZƏL SƏBİR İLƏ SƏBR ETMƏK


(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et! Bu halda, gözəl bir səbir (göstərərək) səbr et." (Məaric Surəsi, 5) Səbir ən əhəmiyyətli mömin xüsusiyyətlərindən biridir. Səbri daha da qiymətli edən isə "gözəl" səbir göstərərək səbir etməkdir. Bəsgözəl səbir göstərərək səbr etmək necə olur?

Müsəlmanlara etibar etməkdə tərəddüd etməmək

İnsanların ən çətinlik çəkdikləri mövzulardan biri də "bir-birlərinə etibar etməkdir"dir. İnsanlar fikirlərinə, dünyagörüşlərinə, xarakterlərinə uyğun olan insanlarla dostluq qura bilər, müəyyən şərtlər daxilində bu şəxslərə sevgi, hörmət bəsləyə bilərlər. Amma həqiqətən etibar etdiklərini nümayiş etdirəcəkləri vəziyyət olduğu zaman dərhal geri çəkilirlər.
Özlərindən başqa həqiqi mənada heç kimə etibar etmirlər. Nə yoldaşlarına, nə ana-atalarına, nə uşaqlarına, nə dostlarına, nə də qohumlarına... İllərlə evli qalan insanların hələ də öz yoldaşlarına etibar etmədiklərinə dair söhbətlərinə hər yerdə rast gəlirik.İnsanların bir-birlərinə olan bu etibarsızlıqlarını görərək yaşayan insanlar da eyni münasibəti ətraflarındakı insanlara qarşı göstərirlər.

DOĞRU YOLU TAPMANIN SİRLƏRİ


Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa uyanlar, Allahın doğru yoluna gələrək, cənnətində saxladığıqullardır.Yer üzündəki hər insanın özünə görə doğruları və səhvləri olur. Hər birinin doğrularını təsbit etmədəki qaynağı isə fərqlidir. Kimi oxuduğu bir kitabı, kimi ətrafında gördüyü bir insanı, kimi bir siyasətçini, kimi isə bir fəlsəfəçini özünə rəhbər edər. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa qovuşduracaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Əsl xoşbəxtlik yalnız Allaha səmimi qəlblə yönəlməklə mümkündür


İnsanların böyük əksəriyyəti həyatları boyunca xoşbəxtliyi əldə edə bilmək həsrəti ilə yaşayırlar. Öz yanlış düşüncələrinə qapılaraq onlara xoşbəxtlik gətirəcəyini düşündükləri hər şeyin arxasınca var qüvvələri ilə qaçırlar.Böyük əksəriyyət xoşbəxtliyi və rahatlığı yoldaşları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında istədiyi müvəffəqiyyəti əldə edərək, məktəbdə müvəffəqiyyətli olaraq, səyahət edərək, sevdiyi işlərlə əylənərək, yaxşı bir karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunlar kimi dünyada özlərinə hədəf olaraq seçdikləri dəyərləri qazanaraq əldə edəcəklərini düşünürlər. Halbuki xoşbəxtliyi keçici və çox qısa olan dünya həyatında axtaran insanlar nə edirlər-etsinlər, hansı yollara baş vururlar-vursunlarhəsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər.

Sevginin çox əhəmiyyətli əlaməti: ''Sevdiyinə qıymamaq''

Gözəl əxlaqlı, vicdanlı, ağıllı, şəxsiyyətli bir insan təbii ki, hamı tərəfindən çox sevilir. Hər kəs bu insana qarşı duyduğu sevginin gücünü çox vaxt özündən bilir. Halbuki bu hal daha çox “qarşısındakı adamın seviləcək xüsusiyyətlərinin çox güclü olmasından” qaynaqlanır.Əgər sevginin gücü sevən adamın sevgi dərinliyindən qaynaqlanırsa, mütləq bunu isbat edən əsasları da olmalıdır. Əhəmiyyətli əsaslardan biri də adamın “sevdiyinə qıymamasıdır”.