baxis sayi

7 Haziran 2011 Salı

AVROPA VƏ İSLAM

Bütün dünyada olduğu kimi Avropada da İslam sürətlə yüksəlir və bu yüksəlmə xüsusilə bir neçə ildir ki, daha çox diqqət çəkir. Son illərdə “Avropada İslamın yüksəlişi”, “Müsəlmanların Avropadakı mövqeyi”, “Avropa cəmiyyətləri və Müsəlmanlar arasındakı dialoq” kimi ana başlıqlar altında bir çox məqalə nəşr olunmuşdur. Alimlər tərəfindən hazırlanan bu nəşrlərin yanında mediada, İslam və Müsəlmanlar mövzusunu olduqca sıx ələ almışdır. Bu marağın təməlində şübhəsiz Müsəlmanların sayının getdikcə artmasıdır. Üstəlik bu artım iddia edildiyi kimi yalnız müsəlman ölkələrdən Avropaya yaşanan köçdən qaynaqlanır. Əlbəttə bu köçlərin də müsəlman əhalisinin artımında əhəmiyyətli bir təsiri vardır, ancaq bir çox araşdırmacının bu mövzuya yönəlməsindəki əsl səbəb, din dəyişdirib müsəlman olmağı seçənlərin sayındakı artımdır.


Araşdırmaların göstərdiyi həqiqətlər.
Avropa cəmiyyətləri içində İslamı seçərək din dəyişdirənlərin getdikcə çoxalmasını maraqla izləyən təşkilatlardan biri, mərkəzi Vatikanda olan Katolik Kilsəsidir. 1999-cu ilin Oktyabr ayında edilən Avropa Katolik Kilsələr Yığıncağının ana gündəm maddəsi yeni milenyumda kilsənin hansı mövqedə olacağını qiymətləndirmək idi. Yığıncağa qatılan bütün din adamlarının üzərində dayandıqları mövzu isə İslamın Avropadakı sürətli yüksəlişi oldu. Yığıncaqdakı danışıqları səhifələrinə daşıyan National Catholic Reporter jurnalının verdiyi xəbərə görə, bəzi radikal kəslər, müsəlmanların Avropada güclənməsinin qarşısını almağın tək yolunun İslamiyyətə və Müsəlmanlara qarşı xoşgörüşdən imtina etmək olduğunu ifadə edərkən, daha obyektiv və tutarlı olan kəslər də hər iki dinin də mənsublarının eyni Allaha iman etdiklərinin səbəbindən bu iki din arasında hər hansı bir qarşıdurma və ya mübarizənin əsas mövzusu ola bilməyəcəyinin vurğulamışlar. Belə ki yığıncağın Almanca keçirilən bir iclasında, Almaniya Kardinalı Karl Lehmann, "İslamda, bir çox Xristianın təxmin etdiyindən də çox olduğunu" deyərək, radikalların İslam ilə əlaqədar qarşıya qoyduqları iddialarında düzgünlük payı olmadığını söyləmişdir.
Avropadakı müsəlmanlarla əlaqədar edilən araşdırmaların ortaya qoyduğu bir həqiqət də: Bir tərəfdən müsəlmanların sayı artarkən, bir tərəfdən də müsəlmanlar arasında dini şüurlanmanın yaşanmasıdır. Fransız Le Monde qəzetinin Oktyabr 2001 tarixində keçirdiyi bir anketə görə Avropadakı müsəlmanlar, 1994-cü ildə edilən araşdırmaya nisbətlə daha çox namazlarına davam edib daha çox məscidə gedirlər, oruc tutanların sayı da 1994-ə nisbətən daha çoxdur. Üstəlik bu şüurlanma daha çox universitet tələbələri arasında görülür.

Avropa islam mərkəzi olma yolunda.
Aktual jurnalı isə 1999-cu ildə xarici mətbuata söykənərək hazırlanmış bir xəbərində, Qərbli araşdırmaçıların bundan təxminən 50 il sonra Avropanın İslamın ən əhəmiyyətli yayılma mərkəzlərindən biri olacağını bildirir.
Sosioloji və demoqratik araşdırmaların işarə etdiyi bu inkişafların yanında unudulmaması lazım olan tarixi bir həqiqət daha vardır. O da Avropanın İslam ilə yeni tanış olmadığı, əslində İslamın Avropanın ayrılmaz bir parçası olduğudur.
Avropa ilə İslam mədəniyyətləri, bir-biri ilə yaxın əlaqə içərisində olan iki mədəniyyətdir. Əvvəl İber yarımadasında qurulmuş olan Endülüs Dövləti, daha sonra Səlib yürüşləri və Osmanlının Balkanları fəthi, Avropa və İslam cəmiyyətləri arasında nizamlı bir təsirə səbəb olmuşdur. Orta əsrlər qaranlığı içinə basdırılmış olan Avropadakı inkişaf və irəliləmə hərəkətlərinin əsl qabaqcılının İslamiyyət olduğu bu gün bir çox tarixçi və sosioloq tərəfindən də dilə gətirilməkdədir.

Avropalı dövlət adamları və islam.
İslam ilə Xristianlıq arasında hər hansı bir qarşıdurmanın əsas mövzu ola bilməyəcəyi və İslam ilə terrorizmin heç bir şəkildə uyğun gəlmədiyi Avropalı liderlərin üzərində dayandıqları əhəmiyyətli bir mövzudur. Eynilə ABŞ-da olduğu kimi, Avropa ölkələrinin bir çoxunda da dövlət adamları və siyasətin öndə gələn adları, İslamı tərifləyən ismarişlər verir və Quran əxlaqına duyduqları marağı dilə gətirirlər. Bu adların başında İngiltərənin baş naziri Tony Blair gəlir.
Bu günə qədər üç dəfə Quranı oxuduğunu söyləyən Tony Blairin İslama duyduğu marağı, Türk mətbuatında ilk dəfə zəkat ilə əlaqədar sözləri ilə yer tapdı. Ramazan Bayramı səbəbi ilə Müsəlmanlara verdiyi dəvətdə, "Bizim cəmiyyətimiz də Müsəlmançılığın, bölüşməsini və paylaşmasını əmr edən zəkat anlayışından nümunə götürməli və unudulmamalıdır ki, dünyanın çətin şərtləri ancaq bu çətinliklərin paylanılması ilə yenilə bilər" deyən Blair, daha sonrakı şərhləri ilə də Quran əxlaqına duyduğu heyranlığı tez-tez dilə gətirmişdir.

Hiç yorum yok:

Yorum Gönder