baxis sayi

1 Haziran 2011 Çarşamba

ALLAHIN SƏNƏTİNİ İZLƏYƏN BİR GÖRÜŞƏ SAHİB OLMAQ


Saniyələr içərisində gözümüz ard-arda onlarla obyektə fokuslanır. Bir an gözümüz otağımızdakı bir aynanın çərçivəsinə yönəlir, sonra divar kağızının bəzəyinə, dərhal sonra televiziyanın düyməsinə, yerdəki kabelə, qapının qoluna. Bir anda göz onlarla, yüzlərlə detalla həmsöhbət olur. Yerimizdən qalxıb mətbəxə gedəndə gözlərimiz yenə onlarla detalla birlikdə irəliləyir. Məsələn, koridorda asılı olan cədvəldə təsvir edilmiş bir cütçünün köynəyinə. Getmək istədiyimiz yerə çatana qədər fərqində olsaq da, olmasaq da müxtəlif bucaqlardan, yeni-yeni detallar görərək irəliləyirik. Yüzlərlə dəfə gəzdiyimiz evimizin içində yüzlərlə, minlərlə fərqli nöqtəyə dəyişik bucaqlardan baxırıq. Və bunların bir çoxu insanın qərarının xaricində, istəksiz olaraq reallaşır.
Biz bütün bu detalları görürük, çünki qədərdə hər bir detal daha bizlər doğulmadan əvvəl Allah Qatında elə təqdir edilmişdir. Bu detalların hər birini yaradan Allahdır. Qədər bir-biriylə uyğunlaşma içərisində dalbadal uzanıb gedən bu anların bütünündən meydana gəlir.

Bir Müsəlmanın diqqətini anbaan Allahın yaratdıqlarını görməyə fokuslaması onun Allaha olan təslimiyyətini gözəlləşdirər, anlayışına dərinlik qatar. Gördüklərinin ardında olan məna səbəbiylə hər şey daha dərin bir qiymət qazanar. Çünki daha insan doğulmadan Rəbbimiz bunları yaratmış, bizim üçün var etmişdir. Yaradılanlar üzərində düşünək, Allahın gözəl varlığını daha dərin qavrayaq, içimizdən hörmət dolu bir qorxuyla, güclü bir sevgiylə Allaha yaxınlaşaq deyə anlayış vermişdir. Quranda Rəbbimiz belə buyurur:

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən biz insanı bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəciyik. Bundan ötəri, onu eşidən və görən yaratdıq (İnsan Surəsi, 1-2)


İnsan sınanmaqdadır. Allah ona saymaqla bitirə bilməyəcəyi qədər çox nemət bəxş etmişdir. Tək bir anında atomlardan, DNT-nə, göydən yerə trilyonlarla detalın sığındığı bir dünyanı təqdim etmişdir. İnsan səhər gözünü açdığı andan etibarən Allaha yönəlməlidir. Gözünü ilk açdığında əgər tavanı görürsə, yaxud ilk gördüyü şkafsa, o gün, o saniyə qədərində Allah o obyekti, baxdığı o baxımdan görərək oyanmasını dilədiyi üçün insan onları görmüşdür. Allah yenə ona can vermiş, yuxusundan onu yeni bir gün üçün oyandırmışdır. İlk edilməsi lazım olan dərhal onu yaradan Allahı təsbeh etməsidir. Xeyrlərlə yazılmış qədərində, o gün Allah özü üçün nə gözəlliklər diləmiş deyə düşünüb şövqlə, həyəcanla Allaha yaxınlıq üçün gününə başlamalıdır. Qədərində dalbadal silsilələrlə olan hikmətli detalları izləmək üçün diqqətli olmalıdır. Bu istiqamətdəki bir diqqət, insanı yalnız gördüklərinə səthi reaksiya verən bir varlıq olmaqdan çıxararaq, dərin bir qavrayış əldə etməsinə və Allahın məmnuniyyətini, bəyənməsini, yaxınlığını qazanmasına vəsilə olacaq.

Hiç yorum yok:

Yorum Gönder