baxis sayi

1 Haziran 2011 Çarşamba

GÖZƏL SƏBİR İLƏ SƏBR ETMƏK


(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et! Bu halda, gözəl bir səbir (göstərərək) səbr et." (Məaric Surəsi, 5) Səbir ən əhəmiyyətli mömin xüsusiyyətlərindən biridir. Səbri daha da qiymətli edən isə "gözəl" səbir göstərərək səbir etməkdir. Bəsgözəl səbir göstərərək səbr etmək necə olur?


Allah Müsəlman üçün həyatının bir çox anında səbir göstərməsi üçün lazım olan hadisələr yaradır. Dünya həyatına dair acizliklər, xəstəliklər, nəfsinin yetişdirilməsi üçün Allahın onun qarşısına çıxardığı insanlar, inanmayanların əzab və təhqirləri bunlardan bəzilərindəndir. Allahın Quranda və hədislərdə bizə bildirdiyi sonsuz gözəlliklərin mükəmməl təcəllisi olaraq yaratdığı cənnəti ümid edərək və istəyərək yaşamaq çox böyük bir gözəllikdir. Müsəlman, Allahdan sonsuz gözəllikdəki cənnəti ümid edərkən, digər tərəfdən də olduqca hikmətli olaraq, bir çox qüsurlarla yaradılmış bu dünya həyatının acizliklərinə gözəl səbir nümayiş etdirmək vəziyyətindədir.

Gözəl bir səbrin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də məcburən deyil,qəlbinrahat bir şəkildə aram tapmış halda səbir etməsidir. Səbir edərkən, insan Allahın onagöstərdiyi bütün hadisələrin, ən gözəl, ən xeyirli və ən hikmətli şəkildə yaradıldığından tam əmin olmalıdır. Qəlbinbundan tam rarahatolması insanın üz ifadəsindən, ruhundakı dinclikdən, danışıqlarından hiss edilir. Üzündə səbr etmənin verdiyi rahatlıq, dinclik, ifadələrində səbrin ona aşıladığı yetkinlik və təvəkkül vardır.

Gözəl bir şəkildə səbir edən adam, etdiyi ibadətin şüurunda olaraq, Allah üçün səbir göstərdiyini bilərək və zövq alaraq səbir edər. Məsələn,insan böyük bir nemət bolluğu ilə qarşılaşdığında Allaha həmd edərək bunun şükrünü ən gözəl şəkildə etməyə çalışsa, o neməti ən gözəl şəkildə istifadə edib, Allaha ürəkdən və sözlə şükr etsə, eyni şəkildə səbir göstərməsi lazım olan vəziyyətlərlə qarşılaşdığında da ,bunun da Allahdan bir nemət, bir lütf olduğunun şüuruyla hərəkət etməlidir. Səbr etdiyi hadisələri Allahın bir çox hikmətlə, gözəlliklərə zəmin hazırlaması üçün yaratdığını bilərək, hamısının Allahın bir lütfü olduğunu düşünərək hərəkət etməli, səbir edərkən bunun gözəlliyini yaşamalıdır.

Gözəl səbirlə səbr etməyin hikmətlərindən biri də, bu əxlaqın insanı Allaha daha çox yaxınlaşdırması, səmimi bir Müsəlmanın Allaha olan sevgisini daha da artırmasıdır. Allah rizası üçün hər bir çətinliyə, xəstəliyə səbr edən adam, səbir göstərdiyi hər saniyənin, hər anın Allah qatında çox qiymətli olduğunu bilər. Gözəl bir səbir göstərərək grüllən bir iş ilə heç əmək xərcləmədən və ya çox rahat şərtlərdə edilən bir işin axirətdəki qarşılığı bir olmaya bilər. Əgər bir insan Allah rizası üçün müəyyən bir iş gördüyü halda,digər tərəfdən də eyni anda başqa bir məsələyə səbir göstərərsə, insanın bu gözəl əxlaqı, gördüyü işi daha da qiymətli edə bilər. Məsələn, xəstə olarkən edilən fədakarlıq ilə son dərəcə sağlamkən edilən fədakarlıq bərabər olmaya bilər. Adam xəstəykən Allah rizası üçün hər hansı bir fədakarlıq edər, eyni zamanda da səbir etməynin dərin və içdən gələn gözəlliyini də yaşamış olar.

Mömin gözəl bir şəkildə səbr edərkən, Allahın onayaşatdığı hadisələrin hikmətlərini düşünər. Allahın bunları ona, imanvə əxlaqının yetişməsi üçün xüsusi olaraq yaşatdığını bilərək hərəkət edər. Səbr etmək kimi bir ibadəti ona yaşatdığı üçün Allaha şükr edər. Gözəl bir səbir göstərməyin verdiyi imani yetkinliklə Allahı çox xatırlayar, beləliklə digər Müsəlmanların da Allahı xatırlamasına vəsilə olar. Allahın səbir etməsi üçün yaratdığı hadisələrin mütləq gözəl istiqamətlərini ön plana çıxarar. Hadisələrdəki çətinlikləri deyil, nemətləri vurğulayar.

Müsəlman ölənə qədər, yaşadığı böyük kiçik istənilən hadisədə daim Allahın Quranda bildirdiyi kimi ən gözəl şəkildə səbr edərək, ən gözəl əxlaqı göstərərək, göstərdiyi gözəl səbirdən Allahın razılığını qazanmağı ümid edərək yaşayar.

Hiç yorum yok:

Yorum Gönder