baxis sayi

25 Nisan 2011 Pazartesi

İnsanı yoxdan var edən və ona can verən Allahdır

İn­san ne­cə yox­dan var ol­du­ğu­nu, ne­cə can sa­hi­bi ol­du­ğu­nu və ana bət­ni­nə düş­mə­sin­dən bu­gü­nü­nə qə­dər ne­cə qay­ğı ilə qo­run­du­ğu­nu dü­şü­nən­də, Al­la­hın onun üzə­rin­də­ki rəh­mə­ti­ni, son­suz mər­hə­mət və şəf­qə­ti­ni gö­rər. Al­lah «Mər­yəm» su­rə­sin­də in­san­la­rı ya­ra­dı­lış­la­rı üzə­rin­də dü­şün­mə­yə ça­ğı­rır:

«Mə­gər in­san ilk ön­cə onu heç bir şey de­yil­kən ya­rat­dı­ğı­mı­zı xa­tır­la­mır­mı?» («Mər­yəm» su­rə­si, 67).

Al­lah hər in­sa­nı ana bət­nin­də son də­rə­cə təh­lü­kə­siz, şi­kəst qal­ma­ya­ca­ğı, ağ­rı hiss et­mə­yə­cə­yi bir ye­rə, ona heç bir zə­rər gəl­mə­yə­cək şə­kil­də yer­ləş­di­rir. 

Dün­ya­ya gə­lən hər bir kör­pə üçün la­zım olan hər şey mil­yard­lar­la il ön­cə­dən ha­zır­lan­mış­dır. Tə­nəf­füs edə­cə­yi ha­va­dan la­zım­lı qi­da­la­rı ala­ca­ğı ana sü­dü­nə qə­dər hər şey ha­zır şə­kil­də onu göz­lə­yir.

Hər in­sa­nın bə­də­ni ölə­nə qə­dər Al­la­hın ya­rat­dı­ğı qü­sur­suz sis­tem sa­yə­sin­də qo­ru­nur. Mə­sə­lən, ürək in­sa­nın hə­ya­tı bo­yu da­yan­ma­dan dö­yü­nür, an­caq in­san bu­nu tə­min et­mək üçün heç bir şey et­mək məc­bu­riy­yə­tin­də de­yil­dir. İn­sa­na yal­nız ürə­yi­nin hər sa­ni­yə dö­yün­mə­si üçün la­zım olan əm­ri ver­mək və­zi­fə­si tap­şı­rıl­say­dı be­lə, hə­ya­tı çox çə­tin­lə­şər­di; ya­ta bil­məz, ye­mək ye­yə bil­məz, ha­ra­da­sa bun­dan baş­qa heç bir iş gö­rə bil­mə­yə­cək ha­la dü­şər­di. La­kin Al­lah hə­ya­tı­nın ilk gü­nün­dən eti­ba­rən hər in­sa­nın ürə­yi­nə ölə­nə qə­dər iş­lə­mə­si əm­ri­ni ve­rir. Be­lə­cə, ürək in­sa­nın öm­rü bo­yu, bir an be­lə da­yan­ma­dan, Al­la­hın nə­za­rə­tin­də iş­lə­mə­yə da­vam edir.
İn­sa­nın özü­nə məx­sus ol­du­ğu­nu id­dia et­di­yi bə­də­ni üzə­rin­də heç bir ha­ki­miy­yə­ti yox­dur. İn­sa­nın bü­tün hü­cey­rə­lə­ri­nə qə­dər ha­kim olan yal­nız Uca Rəb­bi­miz­dir. Bö­yük bir sü­rət­lə axan qa­nı, ürə­yin tut­du­ğu qan miq­da­rı­nı, qa­nın lax­ta­lan­ma müd­də­ti­ni, tə­nəf­füs, həzm, mü­da­fiə, si­nir sis­te­mi­ni və bu­ra­da say­ma­dı­ğı­mız bir çox sis­te­mi in­san öz­ba­şı­na nə­za­rət və ida­rə edə bil­məz.

İn­san hər şe­yə gö­rə Al­la­ha möh­tac­dır. Al­lah bu hə­qi­qə­ti bir ayə­sin­də be­lə bil­di­rir:

«Ey in­san­lar! Siz Al­la­ha möh­tac­sı­nız. Al­lah isə möh­tac de­yil­dir, şük­rə la­yiq­dir!» («Fa­tir» su­rə­si, 15).

Sə­hər­lər yu­xu­dan oya­nar­kən, vü­cu­du­muz­da ya­şa­ma­ğı­mız üçün la­zım olan hər bir his­sə­nin qü­sur­suz ola­raq iş­lə­di­yi­nə şa­hid olu­ruq. Ra­hat­lıq­la nə­fəs ala bi­lir, göz­lə­ri­mi­zi açan­da heç bir əziy­yət çək­mə­dən və vaxt keç­mə­si­ni göz­lə­mə­dən rən­ga­rəng bir dün­ya gö­rü­rük.

Səs­lə­ri hər za­man ey­ni də­qiq­lik­lə eşi­də bi­lir, ra­hat­lıq­la qo­xu hiss edə bi­lir, ye­mək ye­yə bi­li­rik. Ce­di­yi­miz ye­mək­lər­də­ki vi­ta­min­lə­rin vü­cu­du­muz­da ha­ra­ya ge­də­cə­yi, say­sız mik­rob və vi­rus­la bə­də­nin ne­cə mü­ba­ri­zə apar­ma­sı, bir əş­ya­nı gör­mək üçün bey­ni­miz­də gö­rün­tü­nün ne­cə əmə­lə gəl­mə­si ki­mi in­cə­lik­lər üzə­rin­də əs­la dü­şün­mək məc­bu­riy­yə­tin­də qal­mı­rıq.

Heç çə­tin­lik çək­mə­dən bir gün, bir il, hət­ta il­lər­lə ön­cə nə­lər et­di­yi­mi­zi xa­tır­la­ya bi­lər, bü­tün bun­la­rı yad­da­şı­mız­da sax­la­ya bi­lə­rik. Ən mü­hüm ola­nı isə bu qə­dər həs­saz ta­raz­lıq­lar üzə­rin­də iş­lə­yən bir bə­də­nə sa­hib ol­ma­ğı­mı­za bax­ma­ya­raq, sağ­lam və güm­rah olu­ruq. Çün­ki in­san hər an Al­la­hın nə­za­rə­tin­də olan dar bir sis­tem­dən ası­lı­dır. Bax, bu­na gö­rə də, in­san Rəb­bi­mi­zin ona ba­ğış­la­dı­ğı bu qü­sur­suz sis­tem­lər və ver­di­yi ne­mət­lər haq­qın­da dü­şün­mə­li­dir. Al­lah Qu­ran­da in­sa­nın bu üs­tün ya­ra­dı­lı­şı­nı bi­zə be­lə xa­tır­la­dır:

«Ey in­san! Sə­ni kə­rim olan Rəb­bi­nə qar­şı al­da­dan nə­dir? O Rəb­bin ki, sə­ni ya­rat­dı, dü­zəl­dib qay­da­ya sal­dı. Sə­nə Özü is­tə­di­yi su­rət­də bi­çim ver­di» («İn­fi­tar» su­rə­si, 6-8).


Gö­rün­dü­yü ki­mi, in­san tək­cə öz bə­də­ni­nə ba­xa­raq be­lə Al­la­ha də­rin və güc­lü bir sev­gi ilə bağ­lan­maq üçün çox say­da də­lil ta­pa bi­lər. Üs­tə­lik yal­nız in­san bə­də­nin­də de­yil, kai­nat­da­kı hər var­lıq­da in­san­la­ra ve­ril­miş bən­zər­siz ne­mət­lər var­dır. Bü­tün bun­lar tək və hə­qi­qi dos­tu­muz olan Al­la­hın bi­zim üçün ya­rat­dı­ğı və qo­ru­du­ğu qey­ri-adi ne­mət­lər­dir.

Hiç yorum yok:

Yorum Gönder