baxis sayi

8 Mayıs 2011 Pazar

BİRLİK MÜSƏLMANLARA GÜC QAZANDIRAR


Müsəlmanlar arasındakı münaqişələr və parçalanma onları mənəvi cəhətdən zəiflədir. Bu Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdəndir. Ayrılıqlar və münaqişələr müsəlmanları mənəvi cəhətdən gücdən saldığı kimi birlik və həmrəylik də müsəlmanlara güc qazandırır. Allah Quranda iman edənlərə "haqqlarına təcavüz edildiyi" təqdirdə birlik olub etiraz etməyi buyurmuşdur:
Və haqqlarına təcavüz edildiyi zaman birlik olub etiraz edənlərdir. (Şura Surəsi, 39)
Bu iman edənlərə İlahi əmrdir və bir çox hikməti vardır. İnkarçı ideologiyaların fikri mübarizə ilə yox edilməsi də ancaq müsəlmanların ittifaqı ilə mümkündür. 

Ancaq unutmaq olmaz ki, iman edənlərin ittifaqını güclü edən əslində onların imanları və ixlaslarıdır. Əsl dostluq və ittifaq ancaq səmimi iman ilə qurula bilər. Möminlər bir-birlərini heç bir mənfəət güdmədən saf niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün birlik olurlar. Əsası dünya üzərindəki ən möhkəm təmələ - Allah sevgisinə və Allah qorxusuna söykənən bu birliyi Allah istəmədikcə heç kim pozub dağıda bilməz. Belə möhkəm ittifaq müsəlmanlara dünyada bənzərsiz güc qazandıracaqdır.

 Rəbbimiz, "...neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir! Allah səbir edənlərlədir.." (Bəqərə Surəsi, 249) ayəsində müvəffəqiyyətə çatmaq üçün sayca çox olmağın əhəmiyyətli olmadığını vurğulamışdır. Müsəlmanların iman və ixlasa söykənən birliyi onların böyük uğurlar əldə etməyini təmin edəcək, şövq və iradə qazandıracaqdır.
Allah bir başqa ayədə isə inkar edənlərin həmrəy kimi görünmələrinə baxmayaraq əslində birlik qura bilmədiklərini bildirmişdir: 
… öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır (Həşr Surəsi, 14)
Səmimi, saf niyyətlə qurulmamış birliklər həmrəy kimi görünsələr də əslində parçalanıblar. Çünki onların ittifaqları bir növ mənfəət birliyidir və mənfəətlərinin zərər görməsi ehtimalı bu birliyin həmin anda sonunu gətirir. Müsəlmanlar Allahın Quranda bildirdiyi bu sirrdən xəbərdardırlar. Müsəlmanların birliyi isə dünyəvi itkilərlə sarsılmır, əksinə daha da güclənir. Bu ruh və şüur müsəlman ittifaqını çox güclü edir.  

Hiç yorum yok:

Yorum Gönder